"Bununla belə, aydındır ki, indiki mühitdə biz rəqabətqabiliyyətliliyimizi daha da artırmaq üçün imkanlara, o cümlədən lazımsız təşkilati mürəkkəblikləri aradan qaldırmaq və səmərəliliyi artırmaq imkanlarına baxırıq. Təbii, biznes fəaliyyətinin tələblərinə uyğun olaraq təşkilatımızın daha sadə və səmərəli olması lazımdır, bu da bizim daha rəqabətqabiliyyətli olmağımızı təmin edəcək. Bununla belə, əsas diqqətimiz biznesin əsas sahələrindən, əməyin təhlükəsizliyi və obyektlərimizin və əməliyyatlarımızın etibarlılığını təmin etmək məqsədlərindən kənara yayınmayacaq. Bunlar, əsas diqqət sahələrimiz olaraq qalacaq. Bu, imkan verəcək ki, təhlükəsiz və etibarlı biznes əməliyyatları aparmaqla həm də daha guclü və daha rəqabətqabiliyyətli olaq", - deyə şirkət rəsmisi qeyd edib.
Xatırladaq ki, BP-nin icraçı direktoru Bob Dadli (Bob Dudley) şirkətin ABŞ, Böyük Britaniya, Azərbaycan və Almaniyadakı işçilərinin sayını azaltmağı planlaşdırdığını, amma bunun platformalarda çalışan işçilərin sayına təsir etməyəcəyini deyib.