"BP-Azerbaijan": BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 865 nəfər olub

"BP-Azerbaijan": BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 865 nəfər olub Şirkətin Azərbaycanda ixtisaslı işçilərinin təxminən 86%-ni yerli mütəxəssislər təşkil edir
Energetika
18 Noyabr , 2016 13:55
BP-Azerbaijan: BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 865 nəfər olub

Bakı. 18 noyabr. REPORT.AZ/ Bu ilin III rübünün sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 865 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

"Report" xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətinin məlumatında qeyd olunub.

Şirkətin Azərbaycanda ixtisaslı işçilərinin təxminən 86%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir, o cümlədən, şirkətin regional rəhbər heyətinin tərkibinə 6ı azərbaycanlı vitse-prezident daxildir.

BP-nin 2018-ci ilin sonunadək ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilər isə artıq 100% yerli vətəndaşlardan ibarətdir. İşçilərin milliləşdirilməsi planına həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak daxildir.

Kadrların milliləşdirilməsi planına uyğun olaraq, 1 yanvar 2016-cı il tarixindən Elxan Məmmədov BP-nin hasilat üzrə vitse-prezidenti təyin olunub. Bu yeni vəzifədə E.Məmmədov BP-nin Azərbaycanda texniki sahəyə məsul olan ilk vitse-prezidentidir. Bundan əlavə, daha iki Azərbaycan vətəndaşı bu il şirkətdə vitse-prezident vəzifəsinə yüksəlib - Orxan Quliyev, 2016-cı ilin iyun ayından başlayaraq BP-nin texniki təhlükəsizlik və əməliyyat riski üzrə vitse-prezidenti, Zaur Paşayev isə sentyabrdan BP-nin qurudakı (midstrim) əməliyyatları üzrə vitse prezidenti təyin olunublar.

Son xəbərlər

Orphus sistemi