BP 10 ildə ilk dəfə dividend ödənişini azaldır

BP 10 ildə ilk dəfə dividend ödənişini azaldır BP 10 ildə ilk dəfə dividend ödənişini azaldır
Energetika
4 Avqust , 2020 15:07
BP 10 ildə ilk dəfə dividend ödənişini azaldır

BP şirkəti bu ilin II rübündə 17,7 mlrd ABŞ dolları məbləğində zərərlə üzləşib.

“Report” xəbər verir ki, bu barədə şirkətin hesabatında bildirilib.

Şirkət rüblük zərərdən sonra dividend ödənişini 50% azaldır. Bu, son on ildə ilk azalmadır. Beləliklə, BP-nin II rüb üzrə hər səhmə görə dividend ödənişi 5,25 sent hesablanır. Əvvəli rübdə isə bu 10,5 sent təşkil edib.

II rübdə BP-nin gəliri 56% azalaraq 31,7 mlrd ABŞ dolları təşkil edib.

Hesabat dövründə BP-nin gündəlik hasilatı orta hesabla 2,5 mln barel neft ekvivalenti olub, bu isə illik müqayisədə 3,8% azdır.

Son xəbərlər

Orphus sistemi