Böyük Britaniya şirkətlərinin nümayəndələri Azərbaycana səfər edəcək

Böyük Britaniya şirkətlərinin nümayəndələri Azərbaycana səfər edəcək Bakı. 21 noyabr. REPORT.AZ/ Böyük Britaniya şirkətlərinin nümayəndələri noyabrın 22-dən 24-dək Azərbaycana səfər edəcək.
Energetika
21 Noyabr , 2017 14:58
Böyük Britaniya şirkətlərinin nümayəndələri Azərbaycana səfər edəcək

Bakı. 21 noyabr. REPORT.AZ/ Böyük Britaniya şirkətlərinin nümayəndələri noyabrın 22-dən 24-dək Azərbaycana səfər edəcək.

Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, səfər Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə BP arasındakı əməkdaşlıqla 2015-ci ilin oktyabr ayında başladılan Böyük Britaniya və Azərbaycan arasında Tərəfdaşlıq Proqramı çərçivəsində təşkil olunub.

Tərəfdaşlıq Proqramı Böyük Britaniya və Azərbaycan şirkətlərini uzunmüddətli əlaqələr yaratmağa təşviq etmək üçün nəzərdə tutulub.

Üçgünlük səfər zamanı Britaniya nümayəndə heyəti Bakıda neft-qaz sektorunda lider olan bir sıra Britaniya və Azərbaycan şirkətlərində olacaq.

Bakı Ali Neft Məktəbində SOCAR, BP, "Total" və "ABB Showcase" ilə ətraflı texniki sessiyalar keçiriləcək.

Səfər çərçivəsində Böyük Britaniyada sürtkü materialları üzrə aparıcı istehsalçı və distributor olan "Miller Oils" şirkəti noyabrın 23-də Bakıda yeni obyektlərini açacaq. "Millers Oils" Azərbaycan Milli Elmlər Akademiyası ilə əməkdaşlıq edir.

Son xəbərlər

Orphus sistemi