"​Botaş"ın sabiq baş direktoru: "PKK və İŞİD Cənub Qaz Dəhlizinin gələcəyinə təsir göstərməyəcək"

"​Botaş"ın sabiq baş direktoru: "PKK və İŞİD Cənub Qaz Dəhlizinin gələcəyinə təsir göstərməyəcək" Gökhan Yardım terror hadisələrində nibkinliyini qoruyur
Energetika
1 Avqust , 2015 11:17
​Botaşın sabiq baş direktoru: PKK və İŞİD Cənub Qaz Dəhlizinin gələcəyinə təsir göstərməyəcək

Bakı. 1 iyul. REPORT.AZ/ Türkiyədə iki gündə baş verən partlayışlar, onun qaz və neftin tranzit ölkəsi kimi rolunu sarsıda bilər, lakin Avropa Birliyinin də dəstəklədiyi Cənub Qaz Dəhlizinin (CQD) gələcəyinə təsir göstərməyəcək. "Report"un "New Europe" saytına istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin "Botaş" şirkətinin sabiq baş direktoru Gökhan Yardım Türkiyədə ard-arda neft və qaz kəmərlərində baş verən partlayışların nəticəsini analiz edərkən bildirib.

"İranın qaz və İraqın neft boru xəttindəki partlayışlar Türkiyənin tranzit ölkə kimi rolunda sual işarəsi yaradacaq. PKK ilə sülh prosesi dayandıqdan sonra terror aktları Türkiyəyə qarşı yenidən başlayıb. Ümid edirəm ki, Türkiyə hökuməti bütün tranzit boru xətlərini terror aktlarından qorumaq üçün zəruri tədbirlər görəcək", - G.Yardım əlavə edib.

Qeyd edək ki, bu iki partlayışla bağlı Türkiyə NATO-nun fövqəladə iclasını keçirib. İttifaq bildirib ki, terror qlobal təhlükədir: "Onun nə sərhədi, nə milliyyəti, nə də dini var və beynəlxalq ictimaiyyət buna qarşı birgə mübarizə aparmalıdır".

Türkiyə Mərkəzi Asiyanı Avropaya və Orta Şərqə bağlayan mühüm enerji mərkəzidir. CQD Xəzər dənizinin qazını bir sıra boru kəmərləri vasitəsilə Avropaya nəqlini nəzərdə tutur. CQD ilkin olaraq Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsinin bir hissəsi kimi buraxılıb, yəni Azərbaycanın Səngəçal terminalını Gürcüstan vasitəsilə Türkiyənin cənubu ilə birləşdirəcək. O, daha sonra Türkiyə-Yunanıstan sərhədində üçüncü boru xətti - Trans-Adriatik (TAP) boru xəttinə birləşərək Trans-Anadolu boru xəttinə (TANAP) qoşulacaq.

G.Yardım daha sonra əlavə edib ki, TANAP layihəsi terror aktı təhlükəsindən uzaq olan şimal hissədə yerləşir: "PKK Azərbaycanın qaz boru xəttini hədələyərsə, bu, həmçinin ABŞ-ın Şərq-Qərb Enerji Dəhlizi Konseptinə təhlükə deməkdir. Düşünmürəm ki, Suriya Kürd Xalq Müdafiə Birliyinin müttəfiqi olan PKK belə mövqeyə keçər. Çünki onların hamısı Suriyada İŞİD-ə qarşıdır. TANAP və Cənub Qaz Dəhlizinə gələcəkdə ciddi təsir göstərəcəyini hesab etmirəm".

Xatırladaq ki, iyulun 28-də Türkiyə-İran qaz boru kəmərində və Türkiyə-İraq neft kəmərində partlayış törədilib.

Son xəbərlər

Orphus sistemi