Yuxarı

Bakı-Tbilisi-Ərzurum qaz kəmərində yanğın söndürülüb

İlkin məlumata görə, boru xəttinin 15 metrlik hissəsinə ziyan dəyib

Bakı. 25 avqust. REPORT.AZ/ Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin Sarıqamışda (Qars vilayəti, Türkiyə) partladılmış hissəsində yanğın bu dəqiqələrdə söndürülüb. Bunu "Report"a Türkiyənin Qars vilayətindəki mənbələrdən bildiriblər.

Məlumata görə, boru ilə qazın nəqli dayandırılıb və kəmərin Türkıyə hissəsindəki əsas operator olan BOTAŞ şirkətinin rəsmiləri tərəfindən dəymiş ziyanın həcmi hesablanır: "Dəymiş ziyanın həcmi dəqiq bəlli deyil. Çünki partlayış nəticəsində başlamış yanğın bu dəqiqələrdə söndürülüb. Tezliklə təmir işlərinə başlanılacaq. Bircə dəqiq onu bilirik ki, bu, terror aktıdır və hər hansı qəza ehtimalı rəsmən inkar edilir".

Mənbə qeyd edib ki, partlayış nəticəsində borunun 15 metrlik hissəsi dağılıb. Partlayışın zərbəsindən borunun hissələri 200 metr radiusda ətrafa səpələnib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən "Report"a verilən açıqlamaya görə, kəmərin Türkiyədən keçən hissəsinin operatoru olan BOTAŞ şirkəti məsələ ilə bağlı SOCAR-a mütəmadi məlumat verir.

Qeyd edək ki, ötən gecə PKK terrorçuları Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Qars vilayətinin Sarıqamış qəsəbəsindən keçən hissəsində partlayış törədiblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi