Bolqarıstan qazı Azərbaycandan alacaq

Bolqarıstan qazı Azərbaycandan alacaq Bolqarıstan prezidenti: "TAP və TANAP layihələri bizim ölkəmiz üçün strateji mühüm kəsb edir"
Energetika
29 Avqust , 2014 16:20
Bolqarıstan qazı Azərbaycandan alacaq
Bakı. 29 avqust. REPORT.AZ/ Prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün Ankaraya gələn Bolqarıstan prezidenti Rosen Plevneliyev bildirib ki, onun ölkəsi Azərbaycandan qaz almaq niyyətindədir. Report-un "Anadolu" Agentliyinə istinadən verdiyi xəbərə görə, R.Plevneliyev azərbaycan qazının "Şahdəniz" yatağından Avropaya nəqlini həyata keçirəcək Transanadolu (TANAP) və Tranadriatik (TAP) qaz kəmərləri layihələrinin Bolqarıstan üçün əhəmiyyətini vurğulayıb və bu layihələri bütün ölkələr üçün strateji mühüm adlandırıb.

Bolqarıstan prezidenti məlumat verib ki, sentyabr ayının 23-24-də Bakıda Azərbaycan, Türkiyə, Yunanıstan və bir sıra digər ölkə nümayəndələrinin görüşü keçiriləcək. Həmin görüşdə Azərbaycan qazının Cənubi Avropaya, o cümlədən Bolqarıstana göndərilməsi haqqında məsələ müzakirə olunacaq. 

Son xəbərlər

Orphus sistemi