Bolqarıstanın energetika naziri: “Azərbaycan etibarlı enerji tərəfdaşı olduğunu sübut edib”

Bolqarıstanın energetika naziri: “Azərbaycan etibarlı enerji tərəfdaşı olduğunu sübut edib” “Azərbaycan uzun illər ərzində ən etibarlı enerji tərəfdaşı olduğunu sübut edib”
Energetika
2 İyun , 2022 10:16
Bolqarıstanın energetika naziri: “Azərbaycan etibarlı enerji tərəfdaşı olduğunu sübut edib”

“Azərbaycan uzun illər ərzində ən etibarlı enerji tərəfdaşı olduğunu sübut edib”

“Report” xəbər verir ki, bunu Bolqarıstanın energetika naziri Aleksandr Nikolov Bakı Enerji Həftəsi çərçivəsində keçirilən konfransda deyib.

“İndi Avropanın rəqabətqabiliyyətliliyi və enerji təchizatının şaxələndirilməsi həmişəkindən daha vacibdir”, - nazir bildirib.

Onun sözlərinə görə, Xəzər regionu ilə əməkdaşlıq Avropa üçün vacibdir.

Xatırladaq ki, Azərbaycan təbii qazını Avropaya, oradan isə Bolqarıstana nəql edəcək Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) kommersiya istismarı bu ilin iyulun 1-dən sonra başlayacaq. IGB Bolqarıstan və Cənub-Şərqi Avropaya qaz tədarükünü diversifikasiya edərək Yunanıstan və Bolqarıstan qaz ötürücü sistemlərini birləşdirməyə imkan verir.

İnterkonnektor Bolqarıstana 2022-ci ilin ikinci yarısında Azərbaycanla razılaşdırılmış 1 milyard kubmetr təbii qazın tam həcmini əldə etməyə imkan verəcək. Boru kəmərinin ötürmə gücü 3 milyard kubmetrdir və ABŞ, Əlcəzair, Qətər, Misir, Nigeriya, İsrail, həmçinin Kiprdən mayeləşdirilmiş təbii qazın (LNG) çatdırılmasına imkan verəcək.

Yunanıstanın Komotini və Bolqarıstanın Stara Zaqora şəhərləri arasında Yunanıstan-Bolqarıstan İnterkonnektoru boru kəməri Azərbaycan qazını Bolqarıstana çatdırmaq üçün Trans-Adriatik Boru Kəməri (TAP) ilə birləşdiriləcək.

Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. 

Son xəbərlər

Orphus sistemi