Bolqarıstanın baş naziri: “Biz Azərbaycan tərəfi ilə görüşməliyik”

Bolqarıstanın baş naziri: “Biz Azərbaycan tərəfi ilə görüşməliyik” Boyko Borisov: "Azərbaycan, Türkmənistan, Rusiya və Avropa İttifaqı ilə görüş keçirməyə ehtiyacımız var"
Energetika
6 Sentyabr , 2016 14:27
Bolqarıstanın baş naziri: “Biz Azərbaycan tərəfi ilə görüşməliyik”

Bakı. 6 sentyabr. REPORT.AZ/ "Bizim Azərbaycan, Türkmənistan, Rusiya və Avropa İttifaqının (Aİ) nümayəndələrinin iştirakı ilə görüş keçirməyə ehtiyacımız var". “Report”un Bolqarıstan mediasına istinadən verdiyi məlumata görə, bunu adıçəkilən ölkənin baş naziri Boyko Metodiyev Borisov Varna şəhərində keçirilən enerji konfransında çıxışı zamanı deyib.

B.Borisovun sözlərinə görə, Bolqarıstan regionda qaz "hub"ı olmağa hazırdır: “Gələcəkdə Brüsselin qadağa məktubunun qarşısını almaq üçün Azərbaycan, Rusiya, Türkmənistan və Aİ-nin nümayəndələrinin iştirakı ilə görüş keçirilməlidir”.

Baş nazir deyib ki, rəsmi Moskva və Sofiyanın tarixi ənənələrə söykənən əməkdaşlığı var.

Qeyd edək ki, hər iki tərəf 2014-cü ilin iyununda icrası dayandırılan "Cənub axını"nda iştirak edib. 

Son xəbərlər

Orphus sistemi