Bolqarıstan "Qazprom"la müqaviləni yeniləməyəcək

Bolqarıstan "Qazprom"la müqaviləni yeniləməyəcək Bolqarıstan Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatla əlaqədar "Qazprom" ilə təbii qaz tədarükü müqaviləsini yeniləməyəcək.
Energetika
20 Mart , 2022 03:45
Bolqarıstan Qazpromla müqaviləni yeniləməyəcək

Bolqarıstan Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatla əlaqədar "Qazprom" ilə təbii qaz tədarükü müqaviləsini yeniləməyəcək.

"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Asen Vasilev bildirib.

Qeyd edək ki, müqavilənin müddəti bu ilin sonunda başa çatır. Ölkə hökuməti qalan müddətdə qalıq yanacaq mənbələrini şaxələndirməyə ümid edir. Bununla yanaşı, Bolqarıstan artıq Yunanıstan və Türkiyə ilə LNG tədarükü üçün mövcud infrastrukturdan istifadəyə dair danışıqlar aparıb.

Bolqarıstan hakimiyyəti, həmçinin Azərbaycan nümayəndələri ilə qaz tədarükünün artırılması məsələsini müzakirə edir.

Son xəbərlər

Orphus sistemi