Bolqarıstan parlamenti "Cənub axını" layihəsinin bərpasına qarşı çıxıb

Bolqarıstan parlamenti "Cənub axını" layihəsinin bərpasına qarşı çıxıb 16 deputat təklifin əleyhinə səs verib, 65 nəfər bitərəf qalıb, 27 parlament üzvü isə təklifi dəstəkləyib
Energetika
4 Fevral , 2016 10:12
Bolqarıstan parlamenti Cənub axını layihəsinin bərpasına qarşı çıxıb

Bakı. 4 fevral. REPORT.AZ/ Bolqarıstan parlamenti "Cənub axını" layihəsinin bərpası təklifini rədd edib.

"Report" "Lenta.Ru"ya istinadən xəbər verir ki, 16 deputat təklifin əleyhinə səs verib, 65 nəfər bitərəf qalıb, 27 parlament üzvü isə təklifi dəstəkləyib.

"BSP - Sol Bolqarıstan" parlament qrupunun nümayəndəsi Tasko Yermenkovanın sözlərinə görə, qaz kəmərinin bərpası ölünü canlandırmağa bənzəyirdi.

Xatırladaq ki, "Cənub axını" qaz kəmərinin inşası 2014-cü ilin dekabrında Rusiya tərəfindən dayandırılıb. Səbəb kimi isə Avropa İttifaqı və Bolqarıstan hökumətinin qeyri-müəyyən mövqe tutması göstərilib. Bu il yanvarın 20-də isə "Qazprom" "Cənub axını" qaz kəməri layihəsi üzrə razılaşmanın ləğv edildiyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi