Azərbaycan qazının Bolqarıstana nəqli üçün kəmərin inşası 3 aya başlanılacaq

Azərbaycan qazının Bolqarıstana nəqli üçün kəmərin inşası 3 aya başlanılacaq Bakı. 11 yanvar. REPORT.AZ/ Azərbaycan qazının Bolqarıstana nəqli üçün Yunanıstanla interkonnektorun (Interconnector Greece-Bulgaria-IGB) inşasına 3 aya başlanılacaq.
Energetika
11 Yanvar , 2019 18:13
Azərbaycan qazının Bolqarıstana nəqli üçün kəmərin inşası 3 aya başlanılacaq

Bakı. 11 yanvar. REPORT.AZ/ Azərbaycan qazının Bolqarıstana nəqli üçün Yunanıstanla interkonnektorun (Interconnector Greece-Bulgaria-IGB) inşasına 3 aya başlanılacaq.

“Report” Bolqarıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə bu ölkənin energetika naziri Temenujka Petkova bildirib.

“Ən geci 3 ay ərzində IGB-nin inşasına başlanmalıdır. Layihə 2020-ci ilin ikinci yarısında yekunlaşmalıdır. Bununla da Azərbaycanla 1 mlrd. kubmetr qazın nəqli üçün imzalanan müqavilənin icrasına başlanılacaq. Burada təbii qaz nəqli üzrə mənbələrin şaxələndirilməsindən və Bolqarıstan qaz bazarında rəqabət mühitindən söhbət gedir”, - nazir əlavə edib

Qeyd edək ki, "Şahdəniz-2" yatağından Cənub Qaz Dəhlizi ilə nəql olunacaq təbii qaz Bolqarıstana ixrac olunacaq. Bu ölkə IGB vasitəsilə ildə 1 mlrd. kubmetr Azərbaycan qazı alacaq. Belə ki, Bolqarıstanın dövlət qaz şirkəti “Bulgargaz EAD” “Şahdəniz” yatağının II fazasının işlənməsi çərçivəsində ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı Bolqarıstanın qaz istehlakının, təxminən, 25-30%-ni qarşılayacaq. 

Son xəbərlər

Orphus sistemi