Bolqarıstan prezidenti məlumat verib ki, sentyabr ayının 23-24-də Bakıda Azərbaycan, Türkiyə, Yunanıstan və bir sıra digər ölkə nümayəndələrinin görüşü keçiriləcək. Həmin görüşdə Azərbaycan qazının Cənubi Avropaya, o cümlədən Bolqarıstana göndərilməsi haqqında məsələ müzakirə olunacaq.
Bolqarıstan qazı Azərbaycandan alacaq
Energetika
29 Avqust , 2014
16:20


Bakı. 29 avqust. REPORT.AZ/ Prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün Ankaraya gələn Bolqarıstan prezidenti Rosen Plevneliyev bildirib ki, onun ölkəsi Azərbaycandan qaz almaq niyyətindədir. Report-un "Anadolu" Agentliyinə istinadən verdiyi xəbərə görə, R.Plevneliyev azərbaycan qazının "Şahdəniz" yatağından Avropaya nəqlini həyata keçirəcək Transanadolu (TANAP) və Tranadriatik (TAP) qaz kəmərləri layihələrinin Bolqarıstan üçün əhəmiyyətini vurğulayıb və bu layihələri bütün ölkələr üçün strateji mühüm adlandırıb.
İngilis versiyası
Bulgaria will buy gas from Azerbaijan
Rus versiyası
Болгария будет закупать газ у Азербайджана
Son xəbərlər
