Boliviyada Qaz İxracatçı Ölkələri Forumunun IV sammiti öz işinə başlayır

Boliviyada Qaz İxracatçı Ölkələri Forumunun IV sammiti öz işinə başlayır Sammit noyabrın 24-ə qədər davam edəcək
Energetika
21 Noyabr , 2017 05:48
Boliviyada Qaz İxracatçı Ölkələri Forumunun IV sammiti öz işinə başlayır

Bakı. 21 noyabr. REPORT.AZ/ Bu gün Boliviyanın Santa-Kruz şəhərində Qaz İxracatçı Ölkələri Forumunun (Gas Exporting Countries Forum (GECF) IV sammiti öz işinə başlayacaq.

"Report" xəbər verir ki, sammit noyabrın 24-ə qədər davam edəcək.

On iki ölkənin energetika naziri enerji bazarlarındakı vəziyyəti müzakirə etmək, qazın dünya energetikasındakı rolunu müəyyən etmək və enerji sahəsində əməkdaşlığı davam etdirmək məqsədi ilə bir araya gələcəklər.

GECF dünyanın aparıcı qaz ixrac edən ölkələrini özündə birləşdirir. Təşkilat ölkələri dünya qaz ehtiyaclarının 67 faizinə sahibdir. Təşkilata Əlcəzair, Boliviya, Venesuela, Misir, İran, Qətər, Liviya, Nigeriya, BƏƏ, Rusiya, Trinidad və Tobaqo, Ekvatorial Qvineya daxildir. İraq, Qazaxıstan, Niderland, Norveç, Oman və Peru müşahidəçi ölkələrdir.

GECF sammiti iki ildən bir keçirilir.

Son xəbərlər

Orphus sistemi