BMT baş katibinin müavini: "Milli və regional səviyyədə birgə tədbirlər görülməli və təbii fəlakət riskləri azaldılmalıdır"

BMT baş katibinin müavini: "Milli və regional səviyyədə birgə tədbirlər görülməli və təbii fəlakət riskləri azaldılmalıdır" ​BMT baş katibinin müavini Energetika Nazirliyində olub
Energetika
22 Noyabr , 2016 11:45
BMT baş katibinin müavini: Milli və regional səviyyədə birgə tədbirlər görülməli və təbii fəlakət riskləri azaldılmalıdır

Bakı. 22 noyabr. REPORT.AZ/ Energetika Nazirliyində BMT baş katibinin müavini, təşkilatın Avropa İqtisadi Komissiyasının (BMTAİK) icraçı direktoru Kristian Fris Baxla energetika nazirinin müavini Gülməmməd Cavadov arasında görüş keçirilib.

"Report"un Nazirliyə istinadən verdiyi xəbərə görə, görüş Azərbaycan hökumətinin BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün Xüsusi Proqramına (SPECA) sədrliyi çərçivəsində Gəncə şəhərində keçirilən SPECA İqtisadi Forumu və İdarəetmə Şurasının XI sessiyası çərçivəsində baş tutub.

Energetika nazirinin müavini G.Cavadov Azərbaycanın bu beynəlxalq təşkilatın qurumlarına inteqrasiyası baxımından SPECA-nı yüksək qiymətləndirib: "Azərbaycan 2002-ci ildən bu Proqrama qoşulub. Bu illər ərzində region ölkələrinin inteqrasiyasının dəstəklənməsi və dünya iqtisadiyyatına qoşulmasının təşviqi, prioritetlərin maliyyələşdirilməsinə daxili və xarici resursların cəlb olunması, region ölkələrində BMT-nin Avropa üçün İqtisadi Komissiyasının, Asiya və Sakit Okean regionu üçün İqtisadi və Sosial Komissiyasının standart və normalarının daha fəal tətbiq olunması istiqamətində mühüm nailiyyətlər əldə edilib".

BMTAİK-in icraçı direktoru K.F.Bax isə 2030-cu ilədək Xüsusi Proqramın hədəfləri və prioritetləri barədə məlumat verib. Mərkəzi Asiya ölkələrinin dayanıqlı iqtisadi inkişafını çətinləşdirəcək mümkün problemlərdən danışıb. Onun sözlərinə görə, Proqrama üzv ölkələrdə su və enerji ehtiyatlarından istifadənin artması, son illərdə atmosferə atılan parnik qazlarının çoxalması iqlim dəyişikliklərinə yol açıb: "Ona görə də resurslardan səmərəli istifadə və ekoloji dayanıqlığın qorunması istiqamətində milli və regional səviyyədə birgə tədbirlər görülməli və təbii fəlakət riskləri azaldılmalıdır. Bütün bu çağırışlar və kompleks yanaşma isə SPECA İqtisadi Forumu və İdarəetmə Şurasının XI sessiyasında müzakirə ediləcək".

Son xəbərlər

Orphus sistemi