“Bloomberg”: Tramp İrana qarşı sanksiyalar məsələsində 8 ölkəyə güzəştə gedib

“Bloomberg”: Tramp İrana qarşı sanksiyalar məsələsində 8 ölkəyə güzəştə gedib Bakı. 2 noyabr. REPORT.AZ/ ABŞ İrana qarşı sanksiyalarına baxmayaraq, 8 ölkənin İran neftini idxal etmələri üçün güzəştə gedib.
Energetika
2 Noyabr , 2018 13:08
“Bloomberg”: Tramp İrana qarşı sanksiyalar məsələsində 8 ölkəyə güzəştə gedib
0 : 00
0 : 00

Bakı. 2 noyabr. REPORT.AZ/ ABŞ İrana qarşı sanksiyalarına baxmayaraq, 8 ölkənin İran neftini idxal etmələri üçün güzəştə gedib.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bunu Ağ evdəki mənbələr bildiriblər. 

Müvafiq razılaşmaların bu gün rəsmən açıqlanması gözlənilir. Güzəştə gedilən ölkələrin adı çəkilməsə də, aralarında Türkiyə, Hindistan, Yaponiya, Cənubi Koreyanın olduğu məlumdur. Mənbəyə görə, imtiyaz alan ölkələr bunun müqabilində qiymət artımının qarşısını almaq üçün ümumi neft idxalını azaltmaq öhdəliyini götürüblər.

Qeyd edək ki, bu il mayın 8-də ABŞ hökuməti İranın nüvə proqramına dair sazişdən çıxdıqlarını və İrana qarşı yeni sanklsiyalar tətbiq edəcəklərini açıqlamışdı. Noyabrın 4-də qüvvəyə minəcək sanksiyalar enerji sektoruna şamil edilir.

Son xəbərlər

Orphus sistemi