“Bloomberg”: Səudiyyə Ərəbistanı Rusiyaya ultimatum verib

“Bloomberg”: Səudiyyə Ərəbistanı Rusiyaya ultimatum verib Neft hasilatının azaldılması üzrə aparılan danışıqlar zamanı Səudiyyə Ərəbistanı Rusiyaya ultimatum verib.
Energetika
7 Aprel , 2020 15:18
“Bloomberg”: Səudiyyə Ərəbistanı Rusiyaya ultimatum verib

Neft hasilatının azaldılması üzrə aparılan danışıqlar zamanı Səudiyyə Ərəbistanı Rusiyaya ultimatum verib.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrinə istinadən məlumat verib.

Görüşdə iştirakçılar hasilatı gündə 10 milyon barel azaltmaq barədə razılığa gəliblər, lakin bu həcmin bölünməsi məsələsində fikir ayrılıqları yaranıb. Belə ki, Səudiyyə Ərəbistanı Rusiyadan kvotanı hamıdan çox - gündə 1,5 milyon barel azaltmağı tələb edib.

Qeyd olunur ki, hələlik tərəflər yalnız ABŞ-ın sazişə qoşulmasının zəruri olduğu barədə razılıq əldə ediblər. Amma ABŞ lideri Donald Tramp bunu istəmir.

Xatırladaq ki, bazardakı tərəddüdlər martın 6-da keçirilən OPEC+ görüşündə iştirak edənlərin ortaq qərara gələ bilməməsindən sonra başlayıb. Rusiya 2020-ci ilin ikinci rübündə neft hasilatının daha 1,5 milyon barel/sutka azaldılması təklifini dəstəkləməyib. Danışıqların uğursuz olmasından sonra neftin qiyməti 30% ucuzlaşıb.

Son xəbərlər

Orphus sistemi