Səudiyyə Ərəbistanı iyunda ABŞ və Avropaya neft tədarükünü azaldacaq

Səudiyyə Ərəbistanı iyunda ABŞ və Avropaya neft tədarükünü azaldacaq Səudiyyə Ərəbistanı iyun ayında ABŞ və Avropaya neft tədarükünü yarıya qədər endirmək niyyətindədir.
Energetika
14 May , 2020 12:04
Səudiyyə Ərəbistanı iyunda ABŞ və Avropaya neft tədarükünü azaldacaq

Səudiyyə Ərəbistanı iyun ayında ABŞ və Avropaya neft tədarükünü yarıya qədər endirmək niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə "Bloomberg" öz mənbələrinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, bu bölgələrdəki bəzi müştərilərə tədarük 60-70% azaldılacaq. Səudiyyə Ərəbistanın “Saudi Aramco” şirkəti həmçinin Asiyadakı üç alıcısına iyun ayında çatdırılmalarda azalmanın olacağı barədə məlumat verib.

Agentlik qeyd edir ki, krallıq dünya bazarında izafi neftin həddindən artıq azaldılması və bərpa olunması üçün belə tədbirlər görür.

Səudiyyə Ərəbistanı mayın 11-də iyun ayı üçün öz kvotasından əlavə olaraq hasilatını gündəlik  1 milyon barel də azaldacağı ilə bağlı planlarını elan edib. Bununla da, ölkənin hasilatı mayda OPEC+ sazişində qeyd edildiyi kimi gündəlik olaraq 8,5 milyon deyil, 7,5 milyon barelə qədər olacaq. Səudiyyə Ərəbistanın nümunəsinə Küveyt və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr də əməl ediblər. 

Son xəbərlər

Orphus sistemi