“Bloomberg”: Rusiyada neft hasilatı azalıb

“Bloomberg”: Rusiyada neft hasilatı azalıb Qonşu ölkə OPEC+ razılaşmasına artıqlaması ilə əməl edib
Energetika
2 Sentyabr , 2017 14:37
“Bloomberg”: Rusiyada neft hasilatı azalıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ Neft İxrac Edən Ölkələr Birliyinə (OPEC) üzv olan və olmayan ölkələrin (OPEC+) neft hasilatının azaldılması barədə ötən ilin noyabr ayında Vyanada (Avstriya) əldə etdikləri razılaşmadan keçən 9 ay ərzində Rusiyada orta sutkalıq hasilat göstəricisi 3% və yaxud 336 min barel azalıb.

Bu barədə “Report” “Bloomberg” agentliyinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, bu ilin avqust ayında Rusiyada sutkada 10,911 mln. barel neft hail olunub. Bu rəqəm 2016-cı ilin oktyabr ayında 11,247 mln. barel təşkil edib.

Xatırladaq ki, OPEC+ razılaşmasına görə, sözügedən ölkələr sutkalıq hasilatı 1,8 mln. barrel azaltmalıdır. Bunun 300 min barreli Rusiyanın üzərinə düşür. 

Son xəbərlər

Orphus sistemi