"Bloomberg": OPEC ölkələri hasilatı martda 200 min barel azaldıb

"Bloomberg": OPEC ölkələri hasilatı martda 200 min barel azaldıb Ən çox azalma Liviya və Nigeriyada baş verib
Energetika
4 Aprel , 2017 11:16
Bloomberg: OPEC ölkələri hasilatı martda 200 min barel azaldıb

Bakı. 4 aprel. REPORT.AZ/ Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) üzvləri bu ilin mart ayında gündəlik hasilatı orta hesabla 200 min barel və yaxud 0,62% azaldaraq 32,095 mln. barelə endirib. 

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyinin neft şirkətlərinin nümayəndələri və energetika sektoru analitiklərinin məlumatlarına istinadən hazırladığı hesabatda bildirilir. 

Hesabata görə, hasilatı ən çox azaldan Nigeriya və Liviya olub. Bu ölkələr üzrə azalma müvafiq olaraq 130 min barel və 80 min barel olub. Səbəb daxili siyasi problemlərdir və hasilatın azalması müvəqqəti xarakter daşıyır. 

Əvəzində Səudiyyə Ərəbistanı artırıb. Mart ayında bu ölkə üzrə artım 70 min barel olub. Qeyd edək ki, S.Ərəbistanı son aylar gündəlik neft hasilatını 30 noyabr Vyana anlaşmasında üzərinə götürdüyü öhdəlikdən çox azaltdığı üçün mart ayında baş verən artım onun öhdəliyini pozmayıb.

Son xəbərlər

Orphus sistemi