Bakı. 30 noyabr. REPORT.AZ/ Bu gün Vyanada keçirilən OPEC+ sammiti formal olaraq bitməsə də, anlaşmanın 9 ay uzadıldığı bildirilir.
"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyinə adının açıqlanmasını istəməyən sammit iştirakçılarından biri məlumat verib.
Məlumata görə, anlaşma 2018-ci ilin sonuna qədər uzadılıb. 2018-ci ilin ortalarında anlaşmanın reallaşmasını müzakirə etmək üçün növbəti iclas keçiriləcək. Rusiya anlaşmanın 9 ay uzadılması təklifini dəstəkləyib.
Səudiyyə Ərəbistanı 2018-ci ilin iyun ayında növbəti sammitin keçirilməsini təklif edib. Bununla yanaşı, Səudiyyə Ərəbistanı OPEC+ ölkələrinə izafi neft ehtiyatları barədə xəbərdarlıq edib. Cari templərlə 2018-ci ilin II və ya III rübündə neft ehtiyatlarının azalacağı bildirilir. İclasda hasilat kvotalarından əlavə azalma təklif olunmayıb.