"Bloomberg": Neft 10 dollara kimi ucuzlaşacaq

"Bloomberg": Neft 10 dollara kimi ucuzlaşacaq Proqnoz: İri neft şirkətlərinin iflası nəticəsində yaranacaq təşviş səbəbindən investorlar kütləvi şəkildə bu sektordan qaçacaq
Energetika
19 Dekabr , 2017 12:46
Bloomberg: Neft 10 dollara kimi ucuzlaşacaq

Bakı. 19 dekabr. REPORT.AZ/ Dünya 2018-ci ildə batareya texnologiyaları sahəsində sıçrayışla qarşılaşacaq və nəticədə, ucuz elektrikli avtomobillərin kütləvi istehsalına başlanacaq. Nəticədə, neft ucuzlaşmağa başlayacaq. Ən güclü zərbə ilə S.Ərəbistanı və Rusiyaya üzləşəcək. 

"Report" xəbər verir ki, bu proqnozla "Bloomberg" agentliyi çıxış edib.

Agentlik qeyd edir ki, dünya bazarında neftin qiyməti 2020-ci ildə 20 dollar/barelə düşəcək.

"Bloomberg" 2024-cü ildə neft qiymətlərinin 10 dollar/barelə qədər geriləməsini də istisna etmir. 2028-ci ildə isə qlobal neft sənayesində fəaliyyət göstərən iri neft şirkətlərinin iflas etməsi nəticəsində yaranacaq təşviş səbəbindən investorların bu sektordan kütləvi qaçışı gözlənilir.

Son xəbərlər

Orphus sistemi