Vahid Ələkbərov: "Neft bazarının ən aşağı səviyyəyə enməsi prosesi artıq başa çatıb"

Vahid Ələkbərov: "Neft bazarının ən aşağı səviyyəyə enməsi prosesi artıq başa çatıb" "Biz qiymət sabitliyi və yüksələn tendensiya dövrünə keçirik"
Energetika
20 Aprel , 2016 12:10
Vahid Ələkbərov: Neft bazarının ən aşağı səviyyəyə enməsi prosesi artıq başa çatıb

Bakı. 20 aprel. REPORT.AZ/ "Neft bazarının ən aşağı səviyyəyə - bir barelin qiymətinin 30 dollara enməsi prosesi artıq başa çatıb. 2017-ci ilin əvvəlinə qiymətlər 50 dollar civarında olacaq".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın "Lukoyl" neft şirkətinin rəhbəri Vahid Ələkbərov deyib.

"Mən əminəm ki, neft qiymətlərində ən aşağı həddi gördük: bu, təxminən 30 dollar/barelə bərabərdir. Artıq oradan uzaqlaşırıq. Hətta Doha görüşündən sonra da 40-42 dollar/barel göstəricisinin olması sübut edir ki, biz qiymət sabitliyi və yüksələn tendensiya dövrünə keçirik", - deyə V.Ələkbərov bildirib.

O vurğulayıb ki, bu ilin sonuna - gələn ilin əvvəlinə bazarda neftin qiyməti 50 dollar/barel təşkil edəcək. 

Son xəbərlər

Orphus sistemi