Bir neçə ərazinin qaz təchizatında fasilə yaranacaq

Bir neçə ərazinin qaz təchizatında fasilə yaranacaq Bu gün Gəncə şəhərinin və Neftçala rayonun bir hissəsinə qaz verilişində məhdudiyyət olacaq.
Energetika
24 Sentyabr , 2019 09:41
Bir neçə ərazinin qaz təchizatında fasilə yaranacaq

Bu gün Gəncə şəhərinin və Neftçala rayonun bir hissəsinə qaz verilişində məhdudiyyət olacaq.

“Report” bu barədə “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, bu gün səhər saat 09:00-dan bir neçə orta təzyiqli qaz kəmərində aşkarlanan qaz sızmalarının ləğvi işləri icra ediləcək. “Gəncə şəhər-1”, “Maşınqayırma”, “Gəncə şəhər-2”, “Avtozavod” orta təzyiqli qaz xətlərində və “Bağmanlar” ölçü qovşağında aparılacaq işlər zamanı Gəncə şəhərinin bir hissəsində qaz təchizatı dayandırılıb.

Bundan başqa, saat 10:00-dan etibarən Neftçala rayonunun Surra kəndi istiqamətində yeni çəkilmiş diametri 159 mm-lik orta təzyiqli qaz xətti üzərində qaz tənzimləyicisinin quraşdırılması ilə bağlı rayonunun bir neçə yaşayış məntəqəsində qaz olmayacaq. 

Son xəbərlər

Orphus sistemi