Binəli Yıldırım: "Türk axını" layihəsi Avropaya fayda verəcək"

Binəli Yıldırım: "Türk axını" layihəsi Avropaya fayda verəcək" Türkiyə baş naziri: "Türk axını" qaz kəməri layihəsi Aİ-də narahatlığa səbəb olmamalıdır"
Energetika
10 Oktyabr , 2016 14:10
Binəli Yıldırım: Türk axını layihəsi Avropaya fayda verəcək

Bakı. 10 oktyabr. REPORT.AZ/ "Türk axını" qaz kəməri layihəsi Avropa İttifaqında (Aİ) narahatlığa səbəb olmamalıdır. Çünki o, Avropaya fayda verəcək".

"Report" xəbər verir ki, bu sözləri Türkiyənin Baş nazir Binəli Yıldırım "Sputnik" agentliyinə müsahibədə deyib.

"Türk axını" layihəsinin əhəmiyyəti ondan ibarətdir ki, bu, regionda enerji təhlükəsizliyinin təmin olunmasına və regionumuzla qonşu olan ölkələrə bu məsələdə lazımlı dəstəyin nümayişinə yönəlib. Avropalıların narahatlığına səbəb ola biləcək heç bir məqam yoxdur. Bu layih də avropalılara fayda gətirəcək" - B.Yıldırım bildirib.

Qeyd edək ki, daha əvvəl Rusiya energetika naziri Aleksandr Novak "Türk axını" üzrə hökumətlərarası sazişin oktyabrın 10-13-də Türkiyədə keçiriləcək Ümumdünya Enerji Konqresində imzalana biləcəyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi