Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı 11 qəsəbənin qazlaşdırılması başa çatmaq üzrədir

Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı 11 qəsəbənin qazlaşdırılması başa çatmaq üzrədir ​“Azəriqaz”qarşısında qoyulan tapşırıqların icrası istiqamətində böyük iş həcmi yerinə yetirilir
Energetika
24 Fevral , 2017 18:42
Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı 11 qəsəbənin qazlaşdırılması başa çatmaq üzrədir

Bakı. 24 fevral. REPORT.AZ/ “Məcburi köçkünlərin yaşağıdı ərazilərin qazlaşdırılaraq keyfiyyətli və davamlı təbii qazla təmin olunmaları məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyi qarşısında qoyulan tapşırıqların icrası istiqamətində böyük iş həcmi yerinə yetirilir”.

“Report” xəbər verir ki, bu barədə qurumdan bildirilib.

Qeyd olunub ki, məcburi köçkünlərin sosial problemlərinin həlli dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. 

“Elə bu məqsədlə dövlət qayğısı ilə əhatə olunan məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində görülən işlər uğurla davam etdirilir. Biləsuvar rayonu ərazisində məcburi köçkünlərin məskunlaşdığı 11 qəsəbənin qazlaşdırılması artıq başa çatmaq üzrədir. Bildirilir ki, 4456 abonenti olan 11 qəsəbənin ilk dəfə olaraq qazlaşdırılması məqsədi ilə, birpilləli sistem əsasında ümumi uzunluğu 184 941 metr müxtəlif diametrli daşıyıcı və məhəllədaxili boru xətti çəkilir ki, bunun da 21 084 metri polietilen, 163 857 metri isə metal borulardır. Hər bir mənzil ayrılıqda sayğac və fərdi tənzimləyici ilə təmin ediləcək. Aparılan işlər dövlət başçısının məcburi köçkünlərin problemlərinin həllinə diqqət və qayğısının növbəti təzahürüdür”, - “Azəriqaz”dan bildirilib.

Son xəbərlər

Orphus sistemi