​Biləsuvar və Şabran rayonlarının daha iki kəndinə qaz verilib

​Biləsuvar və Şabran rayonlarının daha iki kəndinə qaz verilib Nəticədə, 505 ədəd məişət qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb
Energetika
7 Avqust , 2015 15:33
​Biləsuvar və Şabran rayonlarının daha iki kəndinə qaz verilib

Bakı. 7 avqust. REPORT.AZ/ Bu gün Biləsuvar rayonunun Səmədabad və Şabran rayonunun Sumağa kəndlərinə ilk dəfə təbii qaz verilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Bu münasibətlə keçirilmiş mərasimlərdə rayon icra hakimiyyətləri və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Biləsuvar rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 463 abonenti olan Səmədabad kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 22 429 metr uzunluğunda müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 463 ədəd məişət qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün Şabran rayonunun Sumağa kəndinə də ilk dəfə olaraq təbii qaz verilib. Məlumata görə, 42 abonenti olan kəndin qazlaşdırılması zamanı birpilləli sistem əsasında 2 825 metr uzunluğunda müxtəlif diametrli polad borulardan istifadə olunub, daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir abonent üçün ayrıca məişət qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi