​Biləsuvar, Ağsu və İsmayıllı rayonlarının kəndlərinə qaz verilib

​Biləsuvar, Ağsu və İsmayıllı rayonlarının kəndlərinə qaz verilib Ümumilikdə, 3 rayonun 5 kəndinə qaz verilib
Energetika
25 İyun , 2015 13:09
​Biləsuvar, Ağsu və İsmayıllı rayonlarının kəndlərinə qaz verilib

Bakı. 25 iyun. REPORT.AZ/ İyunun 25-də Biləsuvar rayonunun 3 kəndinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibətilə tədbirlər keçirilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Açılış mərasimlərində rayon icra hakimiyyəti, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Məlumata görə, 697 abonenti olan Nərimankənd kəndinə təbii qazın verilməsi məqsədilə birpilləli sistem əsasında uzunluğu 38 890 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 697 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

452 abonenti olan Ağəyri kəndinə təbii qazın verilməsi üçün birpilləli sistem əsasında ümumi uzunluğu 25 812 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 452 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

517 abonenti olan Günəşli kəndinə də ilk dəfə olaraq təbii qaz verilib. Bu məqsədlə birpilləli sistem əsasında 29 080 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 517 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Ağsu rayonunun Küllülü və İsmayıllı rayonunun Basqal kəndlərinə təbii qazın verilməsi münasibəti ilə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətləri, “Azəriqaz” İB-nin təmsilçiləri, kənd sakinləri iştirak ediblər. Bildirilib ki, 16 abonenti olan Küllülü kəndinə təbii qazın verilməsi üçün birpilləli sistem əsasında ümumi uzunluğu 1 400 metrlik polietilen və 1 659 metrlik metal borularla qaz xətləri çəkilib, 16 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

İsmayıllı rayonunun 750 abonenti olan Basqal kəndinə təbii qazın verilməsi üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 2 930 metr olan polietilen və 32 286 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 750 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi