“Bibiheybətneft” NQÇİ-də lay məhsullarının yığım-nəql sistemi tikilib

“Bibiheybətneft” NQÇİ-də lay məhsullarının yığım-nəql sistemi tikilib SOCAR: Yığım-nəql sistemləri sızmaların və neft itkilərinin qarşısının alınmasında mühüm rol oynayacaq
Energetika
26 Yanvar , 2016 16:12
“Bibiheybətneft” NQÇİ-də lay məhsullarının yığım-nəql sistemi tikilib

Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ''Azneft'' İstehsalat Birliyinin “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsində 1 və 4 saylı Neft və Qazçıxarma Sexi üzrə lay məhsullarının yığım-nəql sistemləri tikilib, sahə abadlaşdırılaraq neftçilərin istifadəsinə verilib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, 1 saylı sexdə 289 ədəd istismar quyusuna qapalı üsulla xidmət göstərilməsi təmin olunub, aqreqat meydançası və qəbul körpüsü quraşdırılıb, bütün quyulara yollar çəkilib, ətraf ərazi abadlaşdırılıb.

Mancanaq dəzgahlarının enerji təchizatı tamamilə dəyişdirilib, yeni kabel xətləri çəkilib, ərazidə 6 ədəd paylayıcı qurğu inşa olunub. 4 saylı sexin lay məhsullarının yığım-nəql sisteminin inşası çərçivəsində isə 6 ədəd qaz-ölçü qovşağı quraşdırılıb, bu ölçü qovşaqlarını əlaqələndirən 4 və 6 düymlü kollektorlar çəkilib. Qaz-ölçü qovşaqlarının ətrafı abadlaşdırılıb, yollar çəkilib, qaz separatorları sınaqdan keçirilərək mədənçilərin istifadəsinə verilib.

"Lay məhsullarının yeni yaradılan yığım-nəql sistemləri sızmaların və neft itkilərinin qarşısının alınmasında, yeni paylayıcı qurğular isə obyektin elektrik enerjisi ilə fasiləsiz təminatında mühüm rol oynayacaq", - deyə SOCAR-dan bildirilib.

Son xəbərlər

Orphus sistemi