Sabah Bakı və bəzi rayonların qaz verilişində məhdudiyyətlər olacaq

Sabah Bakı və bəzi rayonların qaz verilişində məhdudiyyətlər olacaq Abşeron, Siyəzən, Ağdaş və Astara magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq
Energetika
22 Dekabr , 2015 17:52
Sabah Bakı və bəzi rayonların qaz verilişində məhdudiyyətlər olacaq

Bakı. 22 dekabr. REPORT.AZ/ Sabah Ağdaş, Yevlax, Astara rayonlarının bir sıra kəndlərində təbii qaz verilişində məhdudiyyətlər olacaq. 

"Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, dekabrın 23-də saat 10:00-dan 18:00-dək Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Albalı” və “Maştağa”, Siyəzən magistral qaz kəmərləri sahəsinin “Quba”, “Şabran-Taxtalar” və “Xaçmaz”, Ağdaş magistral qaz kəmərləri sahəsinin “Xaldan” və Astara magistral qaz kəmərləri sahəsinin “Şahağacı” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Ağdaş rayonunun Qəribli, Yevlax rayonunun Gülövşə, Qaraoğlan, Xaldan və Quşçu, Astara rayonunun Şahağaçı, Kakolos, Təngəvüd, Maşxan, Pensər və Siyəkaran kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakının Xəzər rayonunun Albalı, həmçinin Sabunçu rayonunun Maştağa və Nardaran qəsəbələrinin, eyni zamanda Quba, Şabran, Xaçmaz, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının bir hissəsinin qaz təchizatına da təsir göstərməsi mümkündür.

Son xəbərlər

Orphus sistemi