Yuxarı
    Bağlamaq

    Bəzi qəsəbələrə qaz verilişində məhdudiyyətlər olacaq

    Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq

    Bakı. 7 dekabr. REPORT.AZ/ Sabah Abşeron magistral qaz kəmərləri sahəsində aparılacaq cari təmir işləri ilə əlaqədar Bakı şəhərinin Ramanı, Yeni Suraxanı və Zabrat-1 qəsəbələrinin bir hissəsinin qaz təchizatında məhdudiyyətlər olacaq.

    "Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, dekabrın 8-də saat 10:00-dan 18:00-dək Qaz ixrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Yeni Suraxanı”, “Yeni Zabrat” (Xalçaçılıq) və “Ramanı” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir işləri aparılan müddətdə Ramanı, Yeni Suraxanı və Zabrat-1 qəsəbələrinin bir hissəsinin qaz təchizatında məhdudiyyətlər olacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi