Yuxarı

Yeni ilə qədər Abşeronun bəzi ərazilərində növbəli ilə enerji təchizatında fasilələr yaranacaq

Bəzi ərazilərdə növbəli ilə enerji təchizatında fasilələr yaranacaq

"Azərişıq" ASC 2019-cu ilin tədbirlər planına uyğun olaraq Abşeron rayonunun kənd və qəsəbələrinin dayanıqlı və keyfuyyətli elektrik enerjisi təchizatını daha da yaxşılaşdırılması işlərini davam elətdirir. Bu çərçivədə Xırdalan şəhəri üçün iki ədəd 35 kV-luq yarımstansiya inşa edilib və mövcud 35 kV-luq elektrik şəbəkəsi ilə əlaqələndirilib”.

“Report” xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən media-turda “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

O, əlavə edib ki, ölkə üzrə elektrik enerjisi şəbəkəsini yaxşılaşdırmaq işləri davam etdiriləcək: "Gələn ilin fevral ayında “Azərişığ”ın yaranmasından 5 il ötür. Bu 5 il ərzində qurum Tədbirlər planı əsasında bir sıra işlər görüb. Son 1 ildə görülən işlərə nəzər salmaq istərdim. 2019-cu ilin yanvar ayından bugünədək bir çox rayonda yenidənqurma işləri aparılıb. İlin əvvəlindən Mərkəzi Aran, Cənub, Şimal,Şimal-Qərb, Şirvan və digər regionlarda yenidənqurma işləri aparılıb.

Bu gün Bakı şəhəri və ətraf kənd və qəsəbələrində görülən işlərin davamıdır. İlin əvvəlində Binəqədi rayonu Sulutəpə, Biləcəri qəsəbələri, kənd Binəqədi, Novxanı, Fatmayi qəsəbəsində, Xəzər rayonu Binə qəsəbəsi mal-materialların göndərilməsi həyata keçirilib. Bu gün Abşeron rayonunun Xırdalan qəsəbəsində “Quşçuluq massivi” ərazisində, Masazır, 28 May qəsəbələri, “At yalı”, Qobu və Hökməli qəsəbələrində yekunlaşmaq üzrədir".

“Azərişıq” sözçüsü deyib ki, 5 ildir davam edən Masazır qəsəbəsində köhnə xətlərin yeniləri ilə əvəzlənməsi artıq 80% yekunlaşıb: "Bu isə qış aylarında yaranan enerji fasilələrin yaranmasının qarşısını alıb, istehlakçıların fasiləsiz enerji ilə təchizatı təmin olunub.

Tək Masazır qəsəbəsində iki ədəd 35 kilovoltluq yarımstansiya, Xırdalan şəhərində iki ədəd 35 kilovoltluq yarımstansiya, Qobu kəndində bir ədəd 110 kilovoltluq yeni yarımstansiya inşa olunub, yeni elektrik veriliş xətləri quraşdırılıb. Xüsusilə, elektrik veriliş xətləri özündaşıyan izolyasiyalı kabel xətləri ilə əvəzlənib. Bütün bunlar birbaşa yarım milyondan artıq istehlakçının dayanıqlı, keyfiyyətli enerji təchizatını təmin edəcək.

“Azərişıq” yarandığı gündən Bakı şəhəri və ətraf kənd və qəsəbələrində bütün bu işlərlə yanaşı, yeni sayğacların quraşdırılması və digər məsələlər həllini tapıb. Bildiyiniz kimi, “Azərişıq”ın göstərdiyi 17 xidmət “Asan xidmət” vasitəsilə həyata keçirilir. Bütün mövcud məsələlər elektron formada həllini tapır. Artıq xətlərimizdə buna imkan verir ki, yeni elektron sayğaclar sms tipli sayğaclar ən son texnoloji nailiyyətlərə cavab verir.

İki həftə və ya 20 günədək, ümumiyyətlə, Yeni ilədək bəzi ərazilərdə növbəli olaraq enerji təchizatında qısa müddətli fasilələr yaranacaq. Bütün bunlar aparılan yenidənqurma işləri ilə əlaqədardlr. Bu gün işlər Xırdalan şəhəri “Quşçuluq massivi” ərazisində, Masazır qəsəbəsində aparıldı. Gələn həftə bu işlər 28 May qəsəbəsi, “At yalı”, Qobu və Hökməli qəsəbələrində, Xırdalan şəhərində yenidənqurna işləri aparılacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi