Azərbaycanın bəzi bölgələrində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılıb

Azərbaycanın bəzi bölgələrində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılıb Güclü külək ölkənin Cənub bölgəsində fəsadlar törədib və enerji təsərrüfatına ciddi ziyan vurub.
Energetika
4 Fevral , 2020 15:45
Azərbaycanın bəzi bölgələrində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılıb

"Güclü külək ölkənin Cənub bölgəsində fəsadlar törədib və enerji təsərrüfatına ciddi ziyan vurub".

Bunu “Report”a açıqlamasında “Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib. 

“Şimal bölgəsində də güclü külək olub. Xaçmaz, Yalama, Qobustan və Xırdalan, xüsusi ilə Qobu, Güzdək, Şankar ərazilərində yaranan güclü külək bu regionlardakı infrastruktura zərər vurub. Baş verə biləcək qəza hallarının qarşısını almaq üçün “Azərişıq” qabaqlayıcı tədbirlər görür. Bu səbəbdən də bəzi ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti olaraq dayandırılıb. Külək səngidikdən sonra tez bir zamanda elektrik enerjisinin verilişi bərpa ediləcək”, - o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi