Bakı. 12 sentyabr. REPORT.AZ/ Beynəlxalq Enerji Agentliyi (BEA) bu ilin sonuna qədər dünya bazarında neftin qiymətinin artacağını proqnozlaşdırır.
"Report"un verdiyi xəbərə görə, bu barədə qurumun rəhbəri Fatih Birol bu gün jurnalistlərə açıqlamasında bildirib.
"Neftin bahalaşması əsasən 3 amillə bağlıdır. Birinci amil dünyada neftə tələbatın artmasıdır. İkinci amil əsas neft hasilatçısı olan Venesuelada neft hasilatının son iki ildə gündəlik 2,5 mln. bareldən 1,2 mln. barelə enməsidir. Bu, çox əhəmiyyətli rəqəmdir və bu azalmanın davam edəcəyini proqnozlaşdırırıq. Üçüncü amil isə Yaxın Şərqdəki qeyri-müəyyənliklər və nəticədə İranın neft ixracının həcminin azalmasıdır. Digər bazar iştirakçıları hasilatın həcmini artırmazsa, bu 3 amil bu ilin sonuna qədər əmtəə birjalarında neftin qiymətinin artacağını proqnozlaşdırmağa imkan verir", - o qeyd edib.