Beyləqanın daha 2 kəndinə ilk dəfə təbii qaz verilib

Beyləqanın daha 2 kəndinə ilk dəfə təbii qaz verilib Bu münasibətlə keçirilmiş mərasimdə rayon icra hakimiyyəti və “Azəriqaz”ın təmsilçiləri iştirak ediblər
Energetika
7 Oktyabr , 2016 17:07
Beyləqanın daha 2 kəndinə ilk dəfə təbii qaz verilib

Bakı. 7 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən oktyabrın 7-də Beyləqan rayonunun Aşıqalılar və Yuxarı Çəmənli kəndlərinə ilk dəfə təbii qaz verilib. 

Bu barədə “Report”a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu münasibətlə keçirilmiş mərasimdə rayon icra hakimiyyətinin və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ümumilikdə 524 abonenti olan Aşıqalılar və Yuxarı Çəmənli kəndlərinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 12 591 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi