Yuxarı
    Bağlamaq

    Beyləqan rayonunun daha 2 kəndinə qaz verilib

    İki kənddə 827 abonent qazla təmin olunub

    Bakı.27 oktyabr. REPORT.AZ/ Bu gün Beyləqan rayonunun İkinci Şahsevən və Aşağı Çəmənli kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.

    “Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 584 abonenti olan İkinci Şahsevən kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 62 793 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilinə sayğac və fərdi tənzimləyici quraşdırılıb. 

    243 abonenti olan Aşağı Çəmənli kəndinin qazlaşdırılması üçün 30 120 metrlik müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillər sayğac və fərdi tənzimləyicilərlə təmin olunub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi