Bəxtiyar Aslanbəyli: "Tərəfdaşlarımızla birgə layihələrə 69 mlrd. dollardan çox sərmayə qoymuşuq"

Bəxtiyar Aslanbəyli: "Tərəfdaşlarımızla birgə layihələrə 69 mlrd. dollardan çox sərmayə qoymuşuq" Bakı. 13 fevral. REPORT.AZ/ Son 25 ildə tərəfdaşlarımızla birgə əməliyyatçı olduğumuz layihələrə 69 mlrd. dollardan artıq sərmayə qoymuşuq. 
Energetika
13 Fevral , 2018 12:40
Bəxtiyar Aslanbəyli: Tərəfdaşlarımızla birgə layihələrə 69 mlrd. dollardan çox sərmayə qoymuşuq
"BP-Azerbaijan" şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli / Report

Bakı. 13 fevral. REPORT.AZ/ "Son 25 ildə tərəfdaşlarımızla birgə əməliyyatçı olduğumuz layihələrə 69 mlrd. dollardan artıq sərmayə qoymuşuq". 

"Report" xəbər verir ki, bunu Vergilər Nazirliyinin təşkil etdiyi "Vergilər. Şəffadlıq. İnkişaf" adlı konfransda çıxış edən "BP-Azerbaijan" şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

B.Aslanbəylinin sözlərinə görə, təkcə "Azəri-Çıraq-Günəli" yataqlar blokunda indiyədək 3,3 mlrd. barel neft hasil edilib. 

"Həmçinin, 32 mlrd. kubmetr səmt qazını təmənnasız dövlətə vermişik. "Şahdəniz" layihəsi çərçivəsində 89 mlrd. kubmetr qaz və 176 mln. barel kondensat hasil olunub", - "BP-Azerbaijan" rəsmisi əlavə edib.

Son xəbərlər

Orphus sistemi