Bəxtiyar Aslanbəyli: “BP Azərbaycandakı bütün öhdəliklərini yerinə yetirəcək”

Bəxtiyar Aslanbəyli: “BP Azərbaycandakı bütün öhdəliklərini yerinə yetirəcək” BP şirkəti növbəti 30 ildə Azərbaycandakı bütün öhdəliklərini yerinə yetirməyə söz verir.
Energetika
11 İyun , 2020 18:23
Bəxtiyar Aslanbəyli: “BP Azərbaycandakı bütün öhdəliklərini yerinə yetirəcək”
Report.az

BP şirkəti növbəti 30 ildə Azərbaycandakı bütün öhdəliklərini yerinə yetirməyə söz verir.

“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkil etdiyi “Post-COVID-19 dövründə enerji məsələləri” adlı vebinarda BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

“Pandemiya əməliyyatlarımız üçün müəyyən çətinliklər yaradıb. Bütün bunlara baxmayaraq, Azərbaycanda layihələrimizi yüksək səmərəliliklə davam etdiririk”, - B.Aslanbəyli qeyd edib.

O bildirib ki, Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda yeni platformanın (“Mərkəzi-Şərqi-Azəri”) tikintisi davam etdirilir: “Düzdür, koronavirus pandemiyası bu platformanın tikinti qrafikinə təsir edib. Amma 2023-cu ildə bu platformadan ilk neft hasilatına başlanılacaq. Yəni hasilat qrafikində dəyişiklik yoxdur”.

Son xəbərlər

Orphus sistemi