Bəxtiyar Aslanbəyli: “BP Azərbaycanın OPEC+ öhdəliyinə əməl etməkdə davam edəcək”

Bəxtiyar Aslanbəyli: “BP Azərbaycanın OPEC+ öhdəliyinə əməl etməkdə davam edəcək” “Azərbaycan hökumətinin OPEC+ çərçivəsində hasilatın azaldılması öhdəliklərini bölüşmüşük. Bu öhdəlikləri yerinə yetirməyə davam edəcəyik”.
Energetika
11 İyun , 2020 20:04
Bəxtiyar Aslanbəyli: “BP Azərbaycanın OPEC+ öhdəliyinə əməl etməkdə davam edəcək”

“Azərbaycan hökumətinin OPEC+ çərçivəsində hasilatın azaldılması öhdəliklərini bölüşmüşük. Bu öhdəlikləri yerinə yetirməyə davam edəcəyik”.

“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkil etdiyi “Post-COVID-19 dövründə enerji məsələləri” adlı vebinarda BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

Qeyd edək ki, Azərbaycanın OPEC+ öhdəliyinə görə, cari ilin may-iyun-iyul aylarında xam neft istehsalı sutkada 164 min barel azaldılaraq 554 min barel həcmində olmalıdır. BP-nin operatoru olduğu "Azəri-Çıraq-Günəşli" yataqlar (AÇG) blokunda isə gündəlik hasilat 434 min barel həcmində saxlanılmalıdır.

B.Aslanbəyli həmçinin BP-nin Azərbaycanda operatoru olduğu layihələrdə işlərin qrafikə uyğun davam etdirildiyini qeyd edib.

“Şəfəq-Asiman” strukturunda ilk kəşfiyyat quyusu qazılır. Bu ilin sonuna qədər bu quyunun qazıntısının tamamlanması planlaşdırılır. D230 blokunda 3-ölçülü seysmik tədqiqat işləri yekunlaşıb. Hazırda əldə olunmuş məlumatlar emal olunur.

“Dayazsulu Abşeron” layihəsi də qrafikə uyğun yerinə yetirilməkdədir. Ümumilikdə Xəzər dənizindəki bütün layihələrimizdə işlər qrafik üzrə yerinə yetirilir”, - “BP-Azerbaijan”ın vitse-prezidenti əlavə edib.

Son xəbərlər

Orphus sistemi