Beş ayda AÇG-dən 10 mln tondan çox neft hasil olunub

Beş ayda AÇG-dən 10 mln tondan çox neft hasil olunub 2020-ci ilin yanvar-may aylarında Azərbaycanda 15,2 mln ton neft (kondensatla birlikdə) hasil edilib.
Energetika
101
24 İyun , 2020 09:29
Beş ayda AÇG-dən 10 mln tondan çox neft hasil olunub

2020-ci ilin yanvar-may aylarında Azərbaycanda 15,2 mln ton neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən “Report”a verilən məlumata görə, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə, təxminən, 463 min ton az olub. Respublika üzrə hasil edilmiş neftin (kondensatla birlikdə) 10,5 mln. tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,6 mln. tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə hasilat isə 3,1 mln. ton təşkil edib.

Son xəbərlər

Orphus sistemi