Yuxarı

Bərpa olunan enerjidən istifadədə pilot layihələrin həyata keçirilməsi üzrə Komissiyanın ilk iclası keçirilib

​Bərpa olunan enerjidən istifadədə pilot layihələrin həyata keçirilməs

Azərbaycan Prezidentinin “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” dekabrın 5-i tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın ilk iclası keçirilib.

Energetika Nazirliyindən “Report”a verilən məlumata görə, Komissiyanın sədri, Energetika naziri Pərviz Şahbazov dövlət başçısı tərəfindən verilmiş tapşırıqların, Sərəncamdan irəli gələn vəzifələrin qısa müddətdə icra edilməsinin əsas hədəf olduğunu deyib. Nazir bərpa olunan enerji mənbələrindən istifadə sahəsində Energetika Nazirliyi tərəfindən son bir ildə görülən işlər barədə məlumat verib. Bldirilib ki, bu sahənin inkişafı üçün özəl sektorun cəlbi istiqamətində mühüm addımlar atılıb, beynəlxalq təcrübə öyrənilib, 9 beynəlxalq şirkətlə əməkdaşlıq sənədləri imzalanıb. Ölkədə bərpa olunan enerji sahəsi üzrə mövcud şərait qiymətləndirilib, investorların maraqları nəzərə alınmaqla qanun layihəsi hazırlanıb və razılaşdırma mərhələsindədir. Beynəlxalq şirkətlərin verdikləri təkliflər dəyərləndirilib.

İclasda gündəlikdə duran məsələlər və görüləcək işlər müzakirə edilib. Tədbirlər üzrə 5 işçi qrupu yaradılıb. Eyni zamanda, investorlarla beynəlxalq təcrübə nəzərə alınmaqla yerli qanunvericilik şərtlərinə uyğun müqavilələrin hazırlanması ilə bağlı hüquqi, institusional məsələlər üzrə də işçi qrupunun yaradılması təklif edilib.

Tədbirlərin Sərəncamda nəzərdə tutulan müddətlərdə icrası məqsədilə müvafiq təkliflərin vaxtında təqdim edilməsi işçi qruplarına tövsiyə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi