Bərdənin qaz təchizatı bərpa olundu

Bərdənin qaz təchizatı bərpa olundu Beləliklə, Bərdə şəhəri və 16 yaşayış məntəqəsinin qaz təchizatı bərpa olunub.
Energetika
6 Oktyabr , 2020 11:36
Bərdənin qaz təchizatı bərpa olundu

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində yaradılan Qərargah Bərdə rayonunun qaz təchizatı ilə bağlı yeni məlumat yayıb.

“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, belə ki, 2020-ci ilin oktyabrın 5-i saat 15:15-də Bərdə rayonu üzrə qaz təsərrüfatına baxış keçirilərək Bərdə şəhəri və 16 yaşayış məntəqəsinin qaz təchizatı bərpa olunub: "Beləliklə, hazırda Bərdə rayonu tam olaraq təbii qazla təmin edilir".

Son xəbərlər

Orphus sistemi