Bərdənin daha iki kəndinə qaz verilib

Bərdənin daha iki kəndinə qaz verilib Bərdə. 18 iyul. REPORT.AZ/ Bu gün Bərdə rayonunun Hacıbəyli və Kafarlı kəndlərinə təbii qaz verilib.
Energetika
18 İyul , 2018 12:52
Bərdənin daha iki kəndinə qaz verilib
0 : 00
0 : 00

Bərdə. 18 iyul. REPORT.AZ/ Bu gün Bərdə rayonunun Hacıbəyli və Kafarlı kəndlərinə təbii qaz verilib.

“Report”un Qarabağ bürosu xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev,  millət vəkili Zahid Oruc, rayon ictimaiyyətinin nümayəndələri, “Azəriqaz” İstehsalat Birliyinin rəsmiləri və kənd sakinləri iştirak ediblər. 

Tədbirdə bildirilib ki, hər iki kəndin qazlaşdırılması üçün müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 252 mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Qeyd edilib ki, Bərdə rayonunun qazlaşdırılması başa çatmaq üzrədir. Rayonun 109 kəndindən 107-si qazla təmin edilib. Hazırda rayonun iki kəndində qaz çəkilişi davam edir. Yaxın günlərdə həmin kəndlərə də "mavi yanacaq" veriləcək. Bununla da rayonun qazlaşdırılması 100% başa çatacaq. 

Son xəbərlər

Orphus sistemi