Bərdənin daha iki kəndinə qaz verilib

Bərdənin daha iki kəndinə qaz verilib Rayonun digər yaşayış məntəqələrinin qazlaşdırılması davam edir
Energetika
6 May , 2015 12:30
Bərdənin daha iki kəndinə qaz verilib

Bakı. 6 may. REPORT.AZ/ Bərdə rayonunun daha iki kəndinə təbii qaz verilib. Rayonun Quşlar və Nifçi kəndinə ilk dəfə olaraq təbii qaz verilib. Bu münasibətlə keçirilən tədbirdə Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, "Azəriqaz" İB-nin nümayəndələri iştirak ediblər. 

Tədbirdə çıxış edənlər bildiriblər ki, 58 abonenti olan Nifçi kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında uzunluğu 3 983 metr, müxtəlif diametrli borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Kənddə 58 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb. 

Daha sonra Quşlar kəndinə qaz verilib. 74 ədəd abonenti olan kəndin qazlaşdırılması üçün uzunluğu 1 230 metr müxtəlif diametrli politelin və uzunluğu 5 904 metr olan müxtəlif qaz xətləri çəkilib. Kənddə 74 evə sayğac və fərdi tənzimləyici quraşdırılıb. 

Qeyd edək ki, rayonun digər yaşayış məntəqələrinin qazlaşdırılması davam edir.

Son xəbərlər

Orphus sistemi