Bərdə və Sabirabad rayonlarının 3 kəndinə qaz verilib

Bərdə və Sabirabad rayonlarının 3 kəndinə qaz verilib Daha 581 abonent qazla təmin olunub
Energetika
3 May , 2016 14:57
Bərdə və Sabirabad rayonlarının 3 kəndinə qaz verilib

Bakı. 3 may. REPORT.AZ/ Bu gün Bərdə və Sabirabad rayonlarının daha üç kəndinə təbii qaz verilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətləri və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bərdə rayonunda keçirilmiş mərasimdə bildirilib ki, ümumilikdə 450 abonenti olan Mehdili və Cumalar kəndlərinin yenidən qazlaşdırılması məqsədilə 28 242 metr uzunluğunda daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Sabirabad rayonun 131 abonentlik Minbaşı kəndinə təbii qazın verilişinin bərpası ilə əlaqədar keçirilmiş mərasimdə isə qeyd olunub ki, qazlaşdırma işləri zamanı 11 258 metr uzunluğunda polietilen və metal borularla qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyici quraşdırılıb. 

Son xəbərlər

Orphus sistemi