Yuxarı

​Bərdə rayonunun Qasımbəyli kəndinə ilk dəfə qaz verilib

Tədbirdə Azəriqaz İB-nin təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər

Bakı. 1 aprel. REPORT.AZ/ Aprelin 1-də Bərdə rayonunun Qasımbəyli kəndinə ilk dəfə təbii qaz verilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyəti və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Məlumatda 202 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 20 944 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkildiyi, 202 ədəd sayğac və fərdi tənzimləyici quraşdırıldığı deyilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi