Berat Albayrak: "Türkiyə, Azərbaycan və Gürcüstan arasındakı regional əməkdaşlıq, yeni qitələrə çataraq qlobal əməkdaşlığa çevrilir"

Berat Albayrak: "Türkiyə, Azərbaycan və Gürcüstan arasındakı regional əməkdaşlıq, yeni qitələrə çataraq qlobal əməkdaşlığa çevrilir" Bakı. 12 iyun. REPORT.AZ/ Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) qardaşlığa sərmayədir”
Energetika
12 İyun , 2018 19:00
Berat Albayrak: Türkiyə, Azərbaycan və Gürcüstan arasındakı regional əməkdaşlıq, yeni qitələrə çataraq qlobal əməkdaşlığa çevrilir
0 : 00
0 : 00

Bakı. 12 iyun. REPORT.AZ/ "Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) qardaşlığa sərmayədir”

“Report” xəbər verir ki, bunu Eskişehirin Seyidqazi rayonunda (Türkiyə) TANAP-ın I hissəsinin açılış mərasimində Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak bildirib.

“Enerjinin İpək Yolu adlandırılan TANAP-ın açılış mərasimi keçirilir. Türkiyə, Azərbaycan və Gürcüstan arasındakı regional əməkdaşlıq yeni qitələrə çataraq qlobal əməkdaşlığa çevrilir”, - deyə o qeyd edib. 

Nazirin sözlərinə görə, TANAP fəal enerji siyasətlərinin əksidir: "Bu layihə maddi və xüsusilə mənəvi baxımdan dəyərlidir, 100 ilin layihəsidir. Bu həm də qardaşlığa sərmayədir. İki dövlət, bir millət deyimi sərhədləri aşır. TANAP iki ölkənin gələcəyə buraxacağı ən böyük mirasdır. Layihədə əməyi olmuş hər kəsə, o cümlədən Prezident İlham Əliyevə təşəkkür edirəm, Azərbaycanın keçmiş energetika naziri Natiq Əliyevə Allahdan rəhmət diləyirəm". 

B.Albayrak həmçinin qeyd edib ki, TANAP enerji təhlükəsizliyinə böyük töhfə verəcək. 

Son xəbərlər

Orphus sistemi