​Belçika və İspaniya şirkətləri Yunanıstan naziri ilə DESFA-da payın alınmasını müzakirə edəcək

​Belçika və İspaniya şirkətləri Yunanıstan naziri ilə DESFA-da payın alınmasını müzakirə edəcək DESFA-da "Fluxys" 8%, "Enagas" isə 11% pay almaq niyyətindədir
Energetika
25 Noyabr , 2015 12:10
​Belçika və İspaniya şirkətləri Yunanıstan naziri ilə DESFA-da payın alınmasını müzakirə edəcək

Bakı. 25 noyabr. REPORT.AZ/ Noyabrın 27-də Belçikanın "Fluxys" və İspaniyanın "Enagas" şirkətlərinin nümayəndələri Yunanıstanın ətraf mühit və energetika naziri Panos Skurletislə görüşəcəklər. "Report"un yunan mediasına istinadən verdiyi məlumata görə, görüşdə hər iki şirkətin Yunanıstanın qazpaylayıcı operatoru olan DESFA-da pay almaq istəməsi məsələsi müzakirə ediləcək.

Məlumata görə, artıq Avropa Komissiyası DESFA-nın Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) aid edilən 66%-lik payın 17%-lik hissəsinin bu şirkətlərə satılması üçün "yaşıl işıq" yandırıb. Qeyd edək ki, DESFA-da "Fluxys" 8%, "Enagas" isə 11% hissə almaq niyyətindədir.

P.Skurletis bu həftə Enerji Nazirləri Şurasının iclasında iştirak etmək üçün Brüsselə (Belçika) səfər edəcək və əsas müzakirə ediləcək məsələlərdən birinin də DESFA ilə bağlı olacağı ehtimal edilir.

Xatırladaq ki, SOCAR müvafiq beynəlxalq tenderin qalibi kimi 2013-cü ilin iyununda DESFA-nın 66%-lik payını almaq üçün Yunanıstan hökuməti ilə 400 mln. avroluq razılaşmaya imza atıb. Daha sonra isə Avropa Komissiyası və Yunanıstanın yeni hökuməti inhisarçılığın yaranmaması ilə bağlı bəzi tələbləri əsas gətirərək SOCAR-a məxsus payın 17%-lik hissəsini satmağı təklif edib.

Qeyd edək ki, "Fluxys" və "Enagas" həm də Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi üçün yaradılan konsorsiumda təmsil olunur. Onların bu layihədə payı müvafiq olaraq 19% və 16%-dir.

Son xəbərlər

Orphus sistemi