Yuxarı

Belarusda yeni neft yatağı kəşf olunub

Belarusda yeni neft yatağı kəşf olunub
Yeni yatağın geoloji ehtiyatları 1,695 mln ton neft kimi qiymətləndirilir

Bakı. 3 yanvar. REPORT.AZ/ "Belorusneft" Neft-Qaz Hasilatı Birliyinin mütəxəssisləri yeni neft yatağı kəşf ediblər.

"Report" "Sputnik Belarus"a istinadən xəbər verir ki, bununla bağlı şirkətin yaydığı məlumatda bildirilib. 

Qeyd olunub ki, dekabrda Belarusun neft kartında yeni yataq yaranıb: "Həmin yataq Pripyat çuxurunun regional Reçitsk-Vişansk yarığının ara bloku ərazisində kəşf olunub və "Uqolskoye" adını alıb". 

Xəbərdə vurğulanıb ki, yeni yatağın geoloji ehtiyatları 1,695 mln ton neft kimi qiymətləndirilir. 

"Belorusneft"dən bildiriblər ki, dəqiq qiymətləndirməni 2017-ci ildə kəşfiyyat quyusunun qazılmasından sonra vermək olar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi