Belarusda benzin üçüncü dəfə bahalaşıb

Belarusda benzin üçüncü dəfə bahalaşıb Avtomobil yanacağının qiyməti mütəmadi və mərhələ ilə olacaq
Energetika
3 Aprel , 2017 20:16
Belarusda benzin üçüncü dəfə bahalaşıb
courtesy image

Bakı.3 aprel.REPORT.AZ/ Belarusda avtomobil yanacağının pərakəndə satış qiyməti 1 qəpik qalxıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu, son üç həftədə üçüncü qiymət artımıdır.

Bundan əvvəl martın 11 və 18-i tarixlərində Belarusda yanacağın qiymətində artım olub.

Hazırda Belarusun yanacaqdoldurma məntəqələrində “Ai-98” markalı benzinin 1 litrinin qiyməti 1,33 Belarus rublu (1,22 manat), “Ai-95” markalı benzinin 1 litrinin qiyməti 1,22 Belarus rublu (1,12 manat), “Ai-92” markalı benzinin 1 litrinin qiyməti 1,14 Belarus rublu (1,05 manat) təşkil edir.

“Belneftexim” konserninin açıqlamasında qeyd olunub ki, avtomobil yanacağının qiymət artımı mütəmadi və mərhələ ilə olacaq. 

Son xəbərlər

Orphus sistemi